Azərbaycan Mərkəzi Bankı (AMB) "Saf Təkaful Sığorta və Təkrarsığorta Brokeri" MMC-yə sığorta brokeri fəaliyyəti üçün lisenziya verib.
Bu barədə Bakıvaxtı.az-a AMB-dən bildirilib.
Şirkətin adı onun islam maliyyəsi üzrə fəaliyyət göstərəcəyindən xəbər verir.
Hazırda Azərbaycanda 16 hüquqi şəxs sığorta brokeri lisenziyasına malikdir.
Bakı 




