• Bakı 24° C

    2.61 m/s

  • USD - 1.7

    EUR - 1.817

    RUB - 0.0199

Amerika Kuboku: Braziliyadan heç-heçə, Kolumbiya qalib gəldi

İDMAN

25 Iyun 2024 | 09:32

Amerika Kuboku: Braziliyadan heç-heçə, Kolumbiya qalib gəldi

ABŞ-də keçirilən futbol üzrə Amerika Kubokunun D qrupunda mübarizəyə start verilib.

Bakıvaxtı.az xəbər verir ki, beşqat dünya çempionu Braziliya Kosta-Rika ilə üz-üzə gəlib.

Qarşılaşma qolsuz bitib.

Digər görüşdə Kolumbiya Paraqvayı 2:1 hesabı ilə üstələyib. 32-ci dəqiqədə Daniel Munyos, 10 dəqiqə sonra Cefferson Lerma qələbədə pay sahibi olublar. Təsəlli qoluna 69-cu dəqiqədə Julio Enkiso imza atıb.

Qeyd edək ki, Amerika Kuboku iyulun 14-də başa çatacaq.


SON XƏBƏRLƏR