Amerikalıların 70 faizi Venesuelaya qarşı mümkün hərbi əməliyyata etiraz edir.
Bakıvaxtı.az bildirir ki, bu barədə CBS News və YouGov sorğu keçirib.
İnformasiyaya görə, respondentlərin yalnız 13 faizi Venesuelanı ABŞ üçün “ciddi təhlükə” saydığını bildirib, əksəriyyət hərbi müdaxilənin narkotik axınına təsir etməyəcəyini düşündüyünü bəyan edib.
Məlumata üçün qeyd edək ki, ABŞ-nin Karib dənizində hərbi aktivliyi artıb və “USS Gerald R. Ford” təyyarədaşıyan gəmisi regiona göndərilib.
Venesuela isə mümkün hücuma qarşı milyonlarla milisi səfərbər etdiyini açıqlayıb.
Əli Hüseynov
Bakı 


