• Bakı 10° C

    4.76 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

Ana və uşaq ölümü: həkim səhlənkarlığı, yoxsa?!

CƏMİYYƏT

05 Oktyabr 2022 | 12:52 | Müəllif: Qalib İbrahimoğlu

Ana və uşaq ölümü: həkim səhlənkarlığı, yoxsa?!

Xəbər verdiyimiz kimi, oktyabrın 2-də saat 04 radələrində Yasamal rayonunda yerləşən xəstəxanaya gətirilmiş 1985-ci il təvəllüdlü Abdullayeva Gülnar İlham qızı təbii yolla qız uşağı dünyaya gətirib. Təxminən 6 saat sonra G.Abdullayeva xəstəxanada qəfil vəfat edib. Bundan 3 saat sonra isə onun dünyaya gətirdiyi qızı ölüb.

Son illər ana və uşaq ölümlərinin sayı azalsa da, təəssüf ki, bu halla yenə rastlaşırıq. Ana və uşaq ölümlərinə görə günahkar kimdir: Həkimlər, yoxsa, vaxtında yoxlamalardan keçməyən analar?

Bakıvaxtı.az mövzu ilə bağlı TƏBİB-ə sorğu göndərilib. Sorğuya cavab olaraq bildirilib ki, bununla bağlı açıqlama veriləcək.

Cərrah Mama-Ginekoloq Mələk Qafarlı Bakıvaxtı.az-a açıqlamasında bildirib ki, doğum zamanı ana və dölün ölümü hər zaman olan bir faciəvi problemdir. Onun sözlərinə görə, lakin günümüzdə müasir tibb sayəsində bu hallar minimuma endirilməlidir: “Demək olar, doğum zamanı ölümün qarşısı 98% hallarda alına bilər. Doğum zamanı ananın ölümü ən çox qanaxma, hamiləlikdə əmələ gələn təyziq, infeksion xəstəliklər, yanaşı xəstəliklərin olması səbəbilə olur”.

Həkim deyir ki, hamiləlik boyunca laxtalama sistemi aktivləşir və hamiləlikdə tramboz olma ehtimalı artır. Bu tramboz, yəni qan laxtası hər hansı bir vacib orqanı tıxayarsa, ölümə səbəb ola bilər: “Təəssüflər olsun ki, tibbin inkişaf etməsinə baxmayaraq, bəzən qadınlar və yaxud ailə üzvləri həkimin dediklərinə deyil, qohum-qonşunun dediklərini əsas götürür və onların məsləhətlərinə uymağa çalışır”.

 

Mələk Qafarlı: "Bəzən qadınlar və yaxud yaxınları həkimin dediklərinə deyil, qohum-qonşunun dediklərini əsas götürür və..."

M.Qafarlıya görə, əfsuslar ki, bu da çox zaman faciəvi nəticələnə bilər: “Məsələn, həkim bir qadına “sənə normal doğum olmaz, qeysəriyyə yolu ilə doğuş məsləhətlidir” dedikdə araya qohumlar, qonşular, qaynana girir və “biz normal doğuş etmişik, bir şey olmaz” deyərək israr edə bilərlər. Təbii ki, mama-ginekoloq olaraq bizim seçimimiz hər zaman normal doğuş olmalıdır. Lakin əgər fizioloji doğuş üçün hər hansı əks göstəriş var və bu, ananın və yaxud dölün həyatını təhlükəyə ata bilərsə, təbii ki, riskə getmədən hamiləliyi kesr kəsiyi ilə sonlandırmaq məqsədəuyğundur. Xəstə yaxınları və xəstə tərəfindən qeyd etdiyim tipli israr olduqda, bəzən həkimlər də bu şərtlərlə razılaşır. Nəticədə, doğuş zamanı əlavə ağırlaşmalar, ölümə gətirəcək fəsadlarla qarşılara bilirik”.

Müsahibimiz bildirib ki, bütün bunların olmaması üçün, ilk növbədə, həkim müayinələrinə vaxtında getmək lazımdır. Lazım olan hər bir analiz və müayinələr icra edilməlidir. Həkim seçdikdə onun peşəkarlığına və savadına diqqət yetirməyinizi tövsiyyə edirəm. Doğum etmək üçün mütləq uyğun və düzgün avadanlıqla təmin olunmuş xəstəxana seçilməlidir. Eləcə də, doğuş həkimin dediklərinə və beynəlxalq protokollara əsasən idarə edilməlidir.

Aytac Aslan


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

28 Noyabr 2026