• Bakı 22° C

    2.81 m/s

  • USD - 1.7

    EUR - 1.909

    RUB - 2.029

ANAMA-da işləmək istəyənlərin DİQQƏTİNƏ!

CƏMİYYƏT

26 Yanvar 2024 | 18:44 | Müəllif: Subhan Mahmudov

ANAMA-da işləmək istəyənlərin DİQQƏTİNƏ!

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) Laçın, Qubadlı, Zəngilan, Xocavənd mobil bazalarında avtobus sürücüsü, elektrik-texniki təmir işləri üzrə mütəxəssis, aşpaz, xadimə, qaynaqçı, avtoelektrik, nəqliyyat təchizatı üzrə anbardar, avtoçilingər, vulkanizatorçu, habelə Şuşa və Xankəndi düşərgələrində nəqliyyat üzrə mütəxəssis, xidmətçi, qabyuyan, gözətçi, anbardar, sürücü işləmək istəyənlər üçün sənədlərin qəbulunu elan edir.

ANAMA-dan Bakıvaxtı.az-a bildiriblər ki, namizədlərin müvafiq sahədə orta-ixtisas və ya peşə təhsili və 1 ilə qədər iş stajı olmalıdır.

Maraqlananlar əlaqə telefonu göstərməklə müvafiq vəzifəyə sənədlərin təqdim olunmasına dair ərizə, şəxsiyyət vəsiqəsinin surəti, təhsilə dair sənədlərin surəti (attestat, diplom, sertifikat, arayış və s.), əmək kitabçasının surətini [email protected] ünvanına göndərməlidir.

Sənədlər fevralın 29-dək qəbul ediləcək.

Seçim zamanı işğaldan azad edilmiş ərazilərdən olan məcburi köçkünlərin namizədliyinə üstünlük veriləcək.

Əlavə məlumat almaq üçün “805” nömrəli qaynar xəttə zəng etmək olar.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

16 Oktyabr 2026