• Bakı C

    7.1 m/s

  • USD - 1.7

    EUR - 2.0019

    RUB - 2.1512

ANAMA Xocalıya köçən sakinlərə maarifləndirmə tədbiri keçdi

CƏMİYYƏT

25 Dekabr 2025 | 16:33

ANAMA Xocalıya köçən sakinlərə maarifləndirmə tədbiri keçdi

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) nümayəndələri Xocalı rayonunun Xanyurdu və Şuşakənd kəndlərinə köçürülən sakinlər üçün Partlayıcı Sursat Riskləri üzrə Maarifləndirmə tədbiri keçirib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə ANAMA məlumat yayıb.

Bildirilib ki, tədbir çərçivəsində sakinlərə əsas təhlükəsizlik qaydaları, şübhəli ərazilərin əlamətləri və xəbərdarlıq nişanları barədə məlumat verilib, təhlükəsizliyinə əmin olmadıqları ərazilərə daxil olmamaq, eləcə də şübhəli əşyalara toxunmamaq çağırışları edilib.

Agentliyin nümayəndələri sakinlərə müxtəlif növ qabaqlayıcı və maarifləndirici çap materialları da paylayıb.


SON XƏBƏRLƏR