• Bakı 26° C

    3.85 m/s

  • USD - 1.7

    EUR - 1.9765

    RUB - 1.9579

Anar Kərimov Rəsul Rzanın ev-muzeyində oldu

CƏMİYYƏT

15 Sentyabr 2022 | 12:03

Anar Kərimov Rəsul Rzanın ev-muzeyində oldu

Mədəniyyət naziri Anar Kərimov Rəsul Rzanın ev-muzeyini ziyarət edib.

Bu barədə Bakıvaxtı.az-a Mədəniyyət Nazirliyindən məlumat verilib.

Bildirilib ki, "Rəsul Rzanın ev-muzeyinin yaradılması haqqında" Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 23 iyun tarixli 3337 nömrəli Sərəncamının icrası ilə əlaqədar muzeyin yaradılması istiqamətində həyata keçirilmiş işlərlə tanış olmaq məqsədilə Mədəniyyət naziri Anar Kərimov və Muzey, qalereya və sərgilər şöbəsi Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, Xalq şairi, Dövlət Mükafatı laureatı Rəsul Rzanın ev-muzeyini ziyarət ediblər

Qeyd edək ki, Nazirliyin müvafiq əmrinə əsasən muzeyin yerləşdiyi mənzil Mədəniyyət Nazirliyinin balansına götürülmüş, muzeydə nümayiş olunacaq şairə aid əşyalar müvafiq qaydada siyahıya alınıb.

Görüş çərçivəsində nazir Anar Kərimov Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktoru, akademik Rafael Hüseynov, Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar Rzayev, Rəsul Rzanın qızı, Bakı Dövlət Universitetinin şərqşünaslıq fakültəsinin ərəb filologiyası kafedrasının baş müəllimi Fidan Rzayeva və muzeyə yeni təyin olunmuş direktor Rəsul Rzayev ilə Rəsul Rzanın ev-muzeyində həyata keçiriləcək təmir və bədii-tərtibat işləri barədə müzakirələr və fikir mübadiləsi aparıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

05 Sentyabr 2026
04 Sentyabr 2026