• Bakı 22° C

    4.24 m/s

  • USD - 1.7

    EUR - 1.909

    RUB - 2.029

Antalyada meşə yanğını: helikoptelər cəlb olundu

CƏMİYYƏT

29 Avqust 2026 | 12:18 | Müəllif: Günəş Mərd

Antalyada meşə yanğını: helikoptelər cəlb olundu

Türkiyənin Antalya vilayətinin Patara bölgəsində meşə yanğını başlayıb. Güclü külək alovun yayılmasını sürətləndirib, yanğının qarşısını almaq üçün genişmiqyaslı müdaxilə həyata keçirilir.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə “Akdeniz Gerçek” qəzeti məlumat yayıb.

Məlumata görə, yanğının söndürülməsi işlərinə 80 nəfərlik heyət cəlb olunub. Əraziyə həmçinin 4 təyyarə və 6 helikopter göndərilib.

Yerli mənbələr güclü küləyin yanğının yayılmasını çətinləşdirdiyini bildirirlər. Yanğınsöndürmə qüvvələri alovun yaşayış məntəqələrinə və daha geniş meşə sahələrinə keçməsinin qarşısını almağa çalışırlar.

Hadisə ilə bağlı itkilər və yanğının əhatə etdiyi ərazinin dəqiq ölçüsü barədə hələlik məlumat verilməyib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

17 Oktyabr 2026