Birləşmiş Millətlər Təşkilatının Baş katibi Antonio Quterreş ölkəmizdə keçirilən COP29 tədbiri ilə bağlı paylaşım edib.
Bakıvaxtı.az xəbər verir ki, "X" sosial platformasında edilən paylaşımda deyilir:
"COP29-da iştirak edən gənc iqlim fəallarına mesajım var - mən sizə güvənirəm, siz də mənə arxalana bilərsiniz. Bizə iqlim dəyişiklikləri ilə mübarizə üçün güclü gənclər hərəkatına ehtiyacımız var - indi isə bu ehtiyac daha da artıb".
"Böhran iqlimi həyatımızın ən mühüm mübarizəsidir. Biz isə bu mübarizədə qalib gəlməliyik", - deyə Antonio Quterreş paylaşımda əlavə edib.
Əli Hüseynov