• Bakı 14° C

    6.34 m/s

  • USD - 1.7

    EUR - 1.9661

    RUB - 2.0902

Aparıcı Azərdən danışıb hönkür-hönkür AĞLADI - VİDEO

ŞOU

02 Aprel 2026 | 11:44

Aparıcı Azərdən danışıb hönkür-hönkür AĞLADI - VİDEO

Aparıcı Könül Muxtarova canlı efirdə göz yaşlarına hakim ola bilməyib.

Bakıvaxtı.az xəbər verir ki, o, aparıcısı olduğu veriliş zamanı mərhum aktyor Azər Baxşəliyev haqqında danışarkən kövrəlib. Studiyada yaranan emosional anlar izləyiciləri də təsirləndirib.

Könül Muxtarova çıxışı zamanı aktyorla bağlı xatirələrini bölüşərkən hönkür-hönkür ağlayıb. Onun səmimi duyğuları studiyadakı qonaqları da duyğulandırıb və efirdə kövrək anlar yaşanıb.

Sosial şəbəkələrdə yayılan həmin görüntülər qısa zamanda geniş yayılaraq müzakirələrə səbəb olub. İzləyicilər aparıcının hisslərini səmimi hesab edərək mərhum sənətçinin xatirəsinin hələ də unudulmadığını qeyd ediblər.

Qeyd edək ki, Azər Baxşəliyev 5 yanvar 2025-ci il 39 yaşında uzun sürən böyrək çatışmazlığı səbəbilə vəfat edib. Onun vəfatı sənət camiəsində böyük üzüntü ilə qarşılanmışdı./Milli.Az


SON XƏBƏRLƏR

01 Aprel 2026