Əməkdar artist Bəsti Bəkirova aparıcıların nitq qüsurlarını tənqid edib.
Bakıvaxtı.az xəbər verir ki, sənətçi “Öz aramızda” verilişində çıxışı zamanı bəzi aparıcıların danışıq tərzindən narazılığını dilə gətirib:
“Bugünkü aparıcılar ‘c’, ‘ç’ ilə danışır. Aparıcıya bunu etmək olmaz, diksiyası mükəmməl olmalıdır. Aparıcıların akademik və düzgün nitqi olmalıdır. O vaxt biz oxuyanda danışıq, nitq mədəniyyəti, səhnə yerişi və danışıq öyrədilirdi. İndiki aparıcılar belə deyil. Bizim aparıcıların hamısının tələffüzü düzgündür? Bir aparıcı olaraq mükəmməl danışmaq sənin borcundur. Amma özlərindən çox razıdırlar, deyirlər ki, birnömrəyəm, milyonluq reytinqim var. Reytinqin ola bilər, bəzi müğənnilərin reytinqi kimi. Səviyyəsilər daha çoxdur, səviyyəlilər azdır"./Axşam.az
Bakı 




