• Bakı 22° C

    10.44 m/s

  • USD - 1.7

    EUR - 1.8675

    RUB - 0.0177

Apellyasiya məhkəmələrinin yeni hakimləri  - SİYAHI

SİYASƏT

08 Oktyabr 2024 | 12:20

Apellyasiya məhkəmələrinin yeni hakimləri  - SİYAHI

Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin “Bir sıra məhkəmələrin hakimlərinin təyinatı ilə bağlı təqdimat” layihəsi parlamentin bugünkü plenar iclasında müzakirəyə çıxarılıb.

Bakıvaxtı.az xəbər verir ki, layihəyə əsasən, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Faiq Qəniyev və Əli Məmmədov, Bakı Kommersiya Məhkəməsinin hakimi Leyla Əliyeva, Sumqayıt İnzibati Məhkəməsinin hakimi Ceyhun Məmmmədov, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Nigar Nəbizadə, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin hakimi Təranə Məmmədova, Astara Rayon Məhkəməsinin hakimi Zamin İbrahimovun Bakı Apellyasiya Məhkəməsinə hakim təyin edilməsi ilə bağlı namizədlikləri irəli sürülüb.

Sumqayıt İnzibati Məhkəməsinin hakimi Vəfa Əzizova, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimləri Toğrul Axundov və Vahid Hacıyevin Sumqayıt Apellyasiya Məhkəməsinin hakimləri təyin edilməsi ilə bağlı namizədlikləri irəli sürülüb.
Həmçinin, Azər İsmayılovun vəzifəsinin dəyişdirilməsiylə əlaqədar Sumqayıt Apellyasiya Məhkəməsinin hakimi vəzifəsindən azad edilməsi məsələsi müzakirəyə çıxarılıb.

Bundan başqa, Şəki Apellyasiya Məhkəməsinin hakimi Mahir Əsədli Şirvan Apellyasiya Məhkəməsinin hakimi təyin edilib.

Həmçinin Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin hakimi Aytən Novruzova və Samir Mayılov da vəzifəsinin dəyişdirilməsi ilə əlaqədar Şirvan Apellyasiya Məhkəməsinin hakimi təyin edilib.

Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Zülfüqar Sadiqov və Balakən Rayon Məhkəməsinin hakimi Zamin Tahirovun Şəki Apellyasiya Məhkəməsinin hakimi təyin edilməsi ilə bağlı namizədlikləri irəli sürülüb.

Şəki Apellyasiya Məhkəməsinin hakimi Günay Cavadovanın həmin məhkəmənin hakimi vəzifəsindən azad edilərək Gəncə Apellyasiya Məhkəməsinin hakimi təyin edilməsi ilə bağlı namizədliyi irəli sürülüb.

Eyni zamanda Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimi Müşfiq Məmmədov, Tərtər Hərbi Məhkəməsinin hakimi Sevindik Əzizov, Şəki Kommersiya Məhkəməsinin hakimi Rüfət Məcidovun vəzifələrinin dəyişdirilməsiylə əlaqədar Gəncə Apellyasiya Məhkəməsinin hakimləri təyin edilməsi məsələsi müzakirəyə çıxarılıb.

Layihə səsvermə nəticəsində qəbul edilib.

Mina Mikayılova


SON XƏBƏRLƏR