Bu ilin iyun ayında Azərbaycanın mobil cihazlar bazarında "Samsung"un payı 43,84 % təşkil edib.
Bakıvaxtı.az xəbər verir ki, bu, may ayına nisbətən 12,78 faiz bəndi, 2025-ci ilin eyni dövrünün göstəricisi ilə müqayisədə 12,92 faiz bəndi çoxdur.
İkinci sıradakı "Xiaomi"nin bazar payı aylıq müqayisədə 5,46 faiz bəndi və illik müqayisədə 1 faiz bəndi artaraq 26,74 % olub.
Üçüncü pillədəki "Apple"ın bazar payı aylıq müqayisədə 5,69 faiz bəndi artaraq və illik müqayisədə 3,76 faiz bəndi azalaraq 15,59 % olub. Onun bazar payı ardıcıl olaraq 2-ci aydır azalır (ümumi azalma 40 % təşkil edib).
Növbəti pillədə qərarlaşan adları açıqlanmayan brendlərin bazar payı aylıq müqayisədə 10,88 faiz bəndi, illik müqayisədə isə 10,73 faiz bəndi azalaraq 6,39 % təşkil edib.
İlk beşliyi 3,08 %-lik bazar payı ilə "Huawei" qapayır. Onun bazar payı aylıq 1,08 faiz bəndi, illik müqayisədə isə 2,32 faiz bəndi artıb.
Bakı 



