• Bakı 15° C

    13.2 m/s

  • USD - 1.7

    EUR - 1.8246

    RUB - 0.0185

AQTA: 53 baş heyvanda bruselyoz xəstəliyinin törədicisi aşkarlanıb

Gündəm

24 Aprel 2024 | 17:46

AQTA: 53 baş heyvanda bruselyoz xəstəliyinin törədicisi aşkarlanıb

Bruselyoz xəstəliyi aşkar olunduğu təsərrüfatlarda qanunvericiliyə uyğun müvafiq tədbirlər həyata keçiriləcək.

Bu barədə Bakıvaxtı.az-a Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) məlumat verilib.

Qeyd olunub ki, AQTA epizootoloji şəraitin öyrənilməsi məqsədilə bu ilin 19-29 fevral tarixlərində respublikanın 46 rayonunun (şəhərinin) 141 yaşayış məntəqəsində fəaliyyət göstərən 209 fərdi və fermer təsərrüfatında 1 yaşdan yuxarı ümumilikdə 2 747 baş dişi heyvan arasında seroloji monitorinq aparıb.

Monitorinq çərçivəsində götürülmüş nümunələrin Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyalarında edilmiş müayinələri nəticəsində 53 baş heyvanda bruselyoz xəstəliyinin törədicisi aşkar edilib. Bununla əlaqədar bruselyoz xəstəliyi aşkar olunduğu təsərrüfatlarda qanunvericiliyə uyğun müvafiq tədbirlər həyata keçiriləcək.

Qeyd edək ki, digər zoonoz infeksiyalardan fərqli olaraq, insanların bruselyoza yoluxmasının mənbəyi xəstə heyvanlar və əksər hallarda baytarlıq nəzarətindən keçməyən süd və süd məhsulları vasitəsilə baş verir.


SON XƏBƏRLƏR

05 May 2024
04 May 2024