• Bakı 26° C

    12.91 m/s

  • USD - 1.7

    EUR - 1.8459

    RUB - 0.02

AQTA bu il 9 ölkəyə 105 bildiriş göndərib

Gündəm

21 May 2024 | 16:51

AQTA bu il 9 ölkəyə 105 bildiriş göndərib

Bu il Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) bitki və bitkiçilik məhsullarında aşkarlanan uyğunsuzluğa görə ixracatçı 9 ölkəyə 105 bildiriş göndərib.

Bakıvaxtı.az xəbər verir ki, bunu AQTA-nın İdxal və ixraca nəzarət şöbəsinin baş məsləhətçisi Vəfa Səfərli Bakıda keçirilən “Yaşıl dünya naminə” mövzusunda Bitki Sağlamlığı Forumunda bildirib.

Onun sözlərinə görə, məhdudiyyətlərin tətbiqi barədə məlumatları Agentlik gömrük orqanlarına da rəsmi qaydada təqdim edir.

"Bir sıra hallarda aparılan nəzarət tədbirləri çərçivəsində idxal olunan bitki və bitkiçilik məhsullarında ölkəmizdə karantin tətbiq edilən zərərli orqanizmlər siyahısına aid olan zərərvericilərin aşkarlanması zamanı bu sahədə mövcud beynəlxalq standartların tələblərinə uyğun qaydada ixracatçı ölkələrə zəruri tədbirlərin görülməsilə əlaqədar bildirişlərin göndərilməsi təmin edilir. Təkcə ötən il 16 ölkəyə 829 bildiriş göndərilib, 4 ölkədə fəaliyyət göstərən müxtəlif istehsalçı müəssisələrdən ölkəmizə müxtəlif meyvə-tərəvəz məhsullarının idxalına ardıcıl surətdə karantin tətbiq edilən zərərli orqanizmlərin aşkarlanması səbəbilə məhdudiyyətlər tətbiq edilib", - deyə AQTA rəsmisi qeyd edib.

O əlavə edib ki, agentlik fəaliyyətə başladığı dövrdən etibarən başqa ölkələrdən karantin tətbiq edilən zərərli orqanizmlərin daxil olmasının, yayılmasının qarşısının alınması üçün fitosanitar tədbirlərin təşkilini və həyata keçirilməsini təmin edilməsi sahəsində bir sıra müvəfəqqiyyətlərə nail olunub. Belə ki, fitosanitar nəzarətinə aid edilən bütün məhsullar üzrə effektiv nəzarətin və izlənmənin həyata keçirilməsi, o cümlədən vaxtın və mövcud resursların optimal istifadəsi, kağız daşıyıcılarda sənədlərin mübadiləsinin ləğvi məqsədilə bütün müraciətlərin qəbulunun və icrasının elektronlaşdırılması təmin edilib.

"Ölkəmizə bitki və bitkiçilik məhsullarının idxalı zamanı bütün müraciətlərin qəbulu Avtomatlaşdırılmış Qida Təhlükəsizliyi İnformasiya sistemi (qısa olaraq AQTİS) üzərindən asan imza və ya elektron imza vasitəsilə həyata keçirilir. Yükə münasibətdə sənəd ekspertizası nəticələri qənaətbəxş olduğu təqdirdə Agentliyin verdiyi idxala icazə barədə məlumatlar avtomatik olaraq gömrük orqanlarına sistemlər arası inteqrasiya çərçivəsində ötürülür. İdxal olunan bitki və bitkiçilik məhsulları risk əsaslı yanaşma əsasında fiziki nəzarət tədbirlərinə cəlb edilir. Bu zaman Agentliyin aidiyyəti regional bölmələrinin müfəttişləri yükə karantin baxışının keçirilməsini, laborator müayinələrin aparılması məqsədilə nümunələrin götürülməsini və Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun nəzdində fəaliyyət göstərən laboratoriyalara təhvil verilməsini təmin edir", - deyə V.Səfərli vurğulayıb.


SON XƏBƏRLƏR

26 Iyul 2024