• Bakı C

    4.14 m/s

  • USD - 1.7

    EUR - 1.8453

    RUB - 1.9383

Duman, külək...- Yel çərşənbəsinin havası

CƏMİYYƏT

11 Mart 2025 | 08:02

Duman, külək...- Yel çərşənbəsinin havası

​​​​​​Bu gün Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. 

Bu barədə Bakıvaxtı.az-a Milli Hidrometeorologiya Xidmətindən bildirilib .

Verilən məlumata görə, bəzi yerlərdə arabir duman olacaq, cənub-şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 3-6° isti, gündüz 10-15° isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 766 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 80-85 %, gündüz 60-65 % olacaq.

Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, bəzi yerlərdə arabir duman olacağı gözlənilir. Mülayim şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 3-7° isti, gündüz 17-22° isti, dağlarda gecə 3° şaxtadan 2°-dək isti, gündüz 8-13° isti olacaq.


SON XƏBƏRLƏR