• Bakı 26° C

    12.91 m/s

  • USD - 1.7

    EUR - 1.8459

    RUB - 0.02

Ararat  Mirzoyan Skopyeyə səfərə yollanıb

DÜNYA

29 Noyabr 2023 | 15:48

Ararat  Mirzoyan Skopyeyə səfərə yollanıb

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Şimali Makedoniyanın paytaxtı Skopyeyə işgüzar səfərə yollanıb.

Bakıvaxtı.az Ermənistan KİV-inə istinadən xəbər verir ki, bu barədə XİN-in mətbuat katibi Ani Badalyan “X” sosial şəbəkəsində məlumat verib.

Onun sözlərinə görə, səfər noyabrın 29-dan dekabrın 1-dək davam edəcək. A.Mirzoyan ATƏT XİN başçılarının iclasında iştirak edəcək.

Ermənistanın xarici işlər nazirinin digər ölkələrdən olan həmkarları ilə ikitərəfli görüşləri də nəzərdə tutulub.

Qeyd edək ki, ATƏT XİN başçılarının iclası noyabrın 30-dan dekabrın 1-dək Şimali Makedoniyanın paytaxtı Skopyedə keçiriləcək.


SON XƏBƏRLƏR

26 Iyul 2024