• Bakı 20° C

    4.34 m/s

  • USD - 1.7

    EUR - 1.9747

    RUB - 2.3176

"Araz-Naxçıvan" - "Səbail" oyununun stadionu dəyişdirildi

İDMAN

25 Sentyabr 2024 | 17:10

Araz-Naxçıvan - Səbail oyununun stadionu dəyişdirildi

Azərbaycan Premyer Liqasının 8-ci turunun "Araz-Naxçıvan" - "Səbail" matçı Sumqayıtda keçiriləcək.

Bakıvaxtıa.az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqasının mətbuat xidməti məlumat yayıb.

“Liv Bona Dea Arena”nın qazonunda aparılan renovasiya işləri ilə əlaqədar “Araz-Naxçıvan” klubunun rəsmi müraciəti, Peşəkar Futbol Liqasının təftişi və Əsasnamənin müvafiq bəndi ilə Azərbaycan Premyer Liqasının VIII turunun “Araz-Naxçıvan” – “Səbail” görüşünün Sumqayıt şəhərində yerləşən “Kapital Bank Arena”da oynanılmasına qərar verilib.

Qeyd edək ki, oyun əvvəlcədən nəzərdə tutulduğu kimi sentyabrın 27-də, saat 19:00-da başlayacaq.


SON XƏBƏRLƏR

06 Iyun 2026