• Bakı 29° C

    3.51 m/s

  • USD - 1.7

    EUR - 1.9769

    RUB - 2.1632

ARDNF istiqrazlara investisiyaları azaldıb

İQTİSADİYYAT

21 Iyul 2025 | 10:43

ARDNF istiqrazlara investisiyaları azaldıb

Bu il yanvarın 1-nə Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) istiqrazlara investisiyaları 42 milyard 583,372 milyon manat təşkil edib.

Bakıvaxtı.az Fondun illik hesabatına istinadən xəbər verir ki, bu, ötən il yanvarın 1-i ilə müqayisədə 14,8 % azdır.

İl ərzində ARDNF-in səhmlərə investisiyaları isə 16,5 % artaraq 22 milyard 710,277 milyon manata çatıb.

Hesabat dövründə istiqrazlara investisiyaların qurumun akltivlərindəki payı 52,2 %-dən 41,5 %-ə düşüb, səhmlərə investisiyaların payı isə 20,35 %-dən 22,1 %-ə yüksəlib.

Xatırladaq ki, ARDNF ölkə Prezidentinin 29 dekabr 1999-cu il tarixli fərmanı ilə yaradılıb. Fondun əsas vəzifəsi Azərbaycan vətəndaşlarının bugünkü və gələcək nəsillərinin mənafeyi naminə ölkənin payına düşən neft-qaz ehtiyatlarının kəşfiyyatı və işlənməsindən, habelə qurumun öz fəaliyyətindən əldə olunan gəlir və digər vəsaitin yığılmasını, səmərəli idarə olunmasını təmin etməkdir.


SON XƏBƏRLƏR