• Bakı 19° C

    3.5 m/s

  • USD - 1.7

    EUR - 1.909

    RUB - 2.029

Argentinalı futbolçu bu klubumuza keçə bilər

İDMAN

02 Avqust 2023 | 09:15

Argentinalı futbolçu bu klubumuza keçə bilər

Meksikanın “Krus Asul” klubunun futbolçusu Auqusto Lotti ilə maraqlanan Azərbaycan komandasının adı açıqlanıb.

Bakıvaxtı.az xəbər verir ki, argentinalı insayder Sezar Luis Merlo sosial şəbəkə səhifəsində 27 yaşlı hücumçunun “Neftçi”nin transfer gündəmində olduğunu paylaşıb.

Onun sözlərinə görə, “ağ-qaralar”la yanaşı, Yunanıstanın “Volos” və Argentinanın “Taleres” klubu da Lottini heyətə qatmaq niyyətindədirlər. Lakin futbolçu özü Avropaya köçməyi planlaşdırdığını “Krus Asul” rəhbərliyinə bildirib. “Neftçi”nin onu icarəyə götürməsi nəzərdən keçirilir.

Qeyd edək ki, Auqusto Lottinin “Krus Asul”la müqaviləsinin müddəti 2026-cı ilin sonuna qədərdir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR