q
  • Bakı 25° C

    1.62 m/s

  • USD - 1.7

    EUR - 1.9986

    RUB - 2.3056

ARTİ bölgələrdə müəllimlərlə silsilə dialoqlara başlayıb

CƏMİYYƏT

13 May 2026 | 14:28

ARTİ bölgələrdə müəllimlərlə silsilə dialoqlara başlayıb

Azərbaycan Respublikasının Təhsil İnstitutu bölgələrdə təhsil ictimaiyyəti ilə birbaşa ünsiyyətin genişləndirilməsi məqsədilə müəllimlərlə silsilə görüşlərə start verib.

Bakıvaxtı.az-ın ARTİ-yə istinadla xəbərinə görə, təşəbbüsün əsas məqsədi regionlarda çalışan müəllimlərin tədris prosesi ilə bağlı fikirlərini öyrənmək, onları maraqlandıran sualları cavablandırmaq və mövcud problemləri birgə müzakirə etməkdir. Görüşlərin ilkin mərhələsində Azərbaycan dili və ibtidai sinif müəllimləri ilə dialoqlar təşkil olunur.

İlk görüşlər artıq Quba və Gəncə şəhərlərində keçirilib.

Müzakirələr zamanı dərsliklərin məzmunu, metodik vəsaitlərin tətbiqi, kurikulumun icrası, qiymətləndirmə mexanizmləri və şagirdyönümlü tədris yanaşmaları əsas müzakirə mövzuları olub. Müəllimlər dərslərin daha effektiv təşkili, şagird nailiyyətlərinin artırılması və valideyn-məktəb əməkdaşlığının gücləndirilməsi ilə bağlı təkliflərini səsləndiriblər.

Səsləndirilən fikir və təkliflər ümumiləşdirilərək müzakirə edilib, eyni zamanda müəllimlərin peşəkar inkişafına dəstək məqsədilə həyata keçirilən tədbirlər barədə məlumat verilib.


SON XƏBƏRLƏR

12 May 2026