• Bakı 12° C

    6.51 m/s

  • USD - 1.7

    EUR - 1.8399

    RUB - 0.0185

“Artıq bəsdir” - Demetdən boşanma iddialarına cavab

MƏDƏNİYYƏT-ŞOU

20 Mart 2023 | 00:40

“Artıq bəsdir” - Demetdən boşanma iddialarına cavab

Son günlər türkiyəli aktrisa Demet Özdemir və aktyor Oğuzhan Koçun ayrıldığı iddia olunur. 

Bakıvaxtı.az xəbər verir ki, aktrisa ayrılıq iddialarına sosial media hesabından aydınlıq gətirib:

"İnsanları şübhə altına salmaq bu qədərmi asandır? Şiddətli dilinizə, vicdansızlığınıza yazıq. Bu açıqlamanı verməkdən utanıram. Artıq bəsdir", - deyə Özdemir bildirib.

Xatırladaq ki, fevralın 26-da yeni yaşına girən və zəlzələ fəlakəti səbəbindən ad günü keçirmək istəməyən aktrisa üçün yaxın dostları kiçik şənlik təşkil edib. Dostlarının evində keçirilən bu kiçik şənlikdə Oğuzhan Koç həyat yoldaşını üzəcək hərəkətlər edib. Aralarındakı davanın böyüməsi səbəbindən Özdemir Koçla birlikdə evə qayıtmaq əvəzinə yaxın dostu Seadet Özsırkıntının evinə gedib.

Bir neçə gün ayrı qaldıqdan sonra peşman olan Oğuzhan Koç əlində çiçəklə həyat yoldaşının yanına gedərək üzr istəyib. Bu jestdən təsirlənən Özdemir evinə dönüb. Lakin cütlük bir neçə gün sonra yenidən mübahisə edib. Demet təkrar olaraq evi tərk edib. 

Qeyd edək ki, cütlük ötən ilin avqust ayında evlənib.


SON XƏBƏRLƏR

28 Mart 2024