• Bakı 9° C

    5.12 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

“Arzu və ümidimiz İlham Əliyevin sülh əlinin tutulmasıdır” - Hulusi Akar

SİYASƏT

08 Yanvar 2022 | 20:13 | Müəllif: Subhan Mahmudov

“Arzu və ümidimiz İlham Əliyevin sülh əlinin tutulmasıdır” - Hulusi Akar

"Bizim arzu və ümidimiz cənab İlham Əliyevin və cənab Prezidentin (Rəcəb Tayyib Ərdoğan-red) birlikdə Ermənistana uzatdığı sülh əlinin başa düşülməsi, tutulmasıdır. Bu fürsətdən istifadə edilməsidir. Söhbət yalnız Azərbaycan, Ermənistandan getmir, bütün bölgəni - Azərbaycan, Ermənistan, Gürcüstan, Türkiyə, Rusiya, İranı bütövlükdə, regionun sabitlik adasına çevirməkdən gedir".

Bakıvaxtı.az xəbər verir ki, bu sözləri Türkiyənin milli müdafiə naziri Hulusi Akar Azərbaycanda baş verənlərdən danışarkən deyib.

"Azərbaycan bizim əziz qardaşımızdır. İki dövlət, bir dövlət mövqeyindən başlayaraq Azərbaycanın haqq işlərində onların yanındayıq", - nazir vurğulayıb.

Hulusi Akar qeyd edib ki, məqsəd bütün Qafqazda davamlı sülh və sabitliyə nail olmaqdan ibarətdir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

29 Noyabr 2026
28 Noyabr 2026