• Bakı 22° C

    2.91 m/s

  • USD - 1.7

    EUR - 1.94

    RUB - 2.1438

Aşağı Kür çökəkliyində zəlzələ ocaqlarının ilkin xəritələri hazırlanır

CƏMİYYƏT

28 Yanvar 2025 | 12:03

Aşağı Kür çökəkliyində zəlzələ ocaqlarının ilkin xəritələri hazırlanır

Aşağı Kür çökəkliyi ərazisində zəlzələ ocaqlarının tektonik qırılmalarla əlaqəsinin araşdırılması və ilkin xəritələri (Xəzər dənizi və Xəzəryanı ərazilər) hazırlanır.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Respublika Seysmoloji Xidmət Mərkəzinin (RSXM) 2024-cü il üzrə elmi və elmi-təşkilati fəaliyyəti haqqında hesabatında qeyd olunub.

Mərkəzin baş direktoru, AMEA-nın müxbir üzvü Qurban Yetirmişli bildirib ki, hesabat ilində bəzi xarici universitetlərlə Azərbaycan ərazisi üçün seysmik təhlükənin hesablanmasında yeni yanaşmalarla tərtib olunub:

"Eyni zamanda “Azərbaycan ərazisinin seysmik təhlükə xəritəsi”nin təqdimatı və müzakirəsi də keçirilib".


SON XƏBƏRLƏR

05 Iyun 2025