• Bakı 18° C

    2.44 m/s

Asim Mollazadə: “Heç şübhəm yoxdur ki, bu görüş baş tutacaq”

SİYASƏT

13 Avqust 2021 | 15:46

Asim Mollazadə: “Heç şübhəm yoxdur ki, bu görüş baş tutacaq”

Türkiyə və Türkmənistan dövlət başçılarının avqustun sonlarına planlaşdırılan görüşü, Türkiyə lideri Rəcəb Tayyib Ərdoğanın xahişi ilə təxirə salınıb. Rəsmi səbəb olaraq Türkiyədə baş verən yanğınlar göstərilsə də, bir sıra ekspertlərin fikrincə bunun arxasında bir sıra gizli məqamlar dayanır.

Versiyalardan biri, TÜRKSOY (Türk Şurası) təşkilatına daxil olması üçün Türkmənistanın xüsusi üzvlük statusu istəməsidir. Qeyd edək ki, Türkmənistan MDB-yə də xüsusi üzvlük statusu ilə daxil olub.

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü Asim Mollazadə Bakıvaxtı.az-a bildirib ki, ekspertlərin hansısa versiya axtarmasına ehtiyac yoxdur: “Türkiyədə çox ciddi təbii fəlakətlər baş verdi. Əvvəl yanğınlar, daha sonra daşqın… Bu fəlakətlərin nəticəsində çox insan həyatını itirdi. Məhz buna görə, Türkiyə Prezidenti görüşü təxirə salmağa məcbur olub. Mənim heç şübhəm yoxdur ki, bu görüş baş tutacaq”.

Nuranə Daxilqızı     

 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

22 Oktyabr 2026