Türkiyə Silahlı Qüvvələri Baş Qərargahının rəisi Səlcuq Bayraqdaroğlu Ankarada Pakistan Silahlı Qüvvələrinin Quru Qoşunlarının Komandanı – Müdafiə Qüvvələrinin rəisi Feldmarşal Seyid Asim Muniri qəbul edib.
Bakıvaxtı.az xəbər verir ki, tərəflər hərbi əməkdaşlıqla bağlı ikitərəfli danışıqlar aparıblar.
Görüşdən sonra Bayraqdaroğlu Munirə ölkənin ən yüksək hərbi mükafatlarından biri olan "Üstün Xidmət" medalını təqdim edib.
Türkiyə Baş Qərargahının məlumatına görə, mükafat Türkiyə və Pakistan silahlı qüvvələri arasında dostluq münasibətlərinin inkişafına, eləcə də müdafiə sahəsində əməkdaşlığın gücləndirilməsinə verdiyi töhfəyə görə verilib.
Bakı 



