• Bakı 16° C

    3.16 m/s

  • USD - 1.7

    EUR - 1.8152

    RUB - 0.018

Aşıq Ələsgərin abidəsinin hazırlanması ilə bağlı Protokol imzalandı

CƏMİYYƏT

31 Mart 2023 | 16:24

Aşıq Ələsgərin abidəsinin hazırlanması ilə bağlı Protokol imzalandı

Aşıq Ələsgərin abidəsinin hazırlanması ilə bağlı hazırkı prosesə aydınlıq gətirilib.

Bakıvaxtı.az -ın məlumatına görə, Mədəniyyət Nazirliyindən  bildirilib ki, Azərbaycan aşıq sənətinin görkəmli nümayəndəsi Aşıq Ələsgərin xatirəsinin əbədiləşdirilməsi məqsədilə Bakı şəhərində ucaldılacaq abidəsinin hazırlanması ilə bağlı cari ildə Protokol imzalanıb.

“Sənəd imzalandıqdan sonra texniki tapşırıq hazırlanmağa başlanılıb. Heykəlin hazırlanması və prosesin yaradıcı əməklə bağlı olduğunu nəzərə alaraq layihənin nə vaxt tamamlanacağı barədə konkret məlumat texniki tapşırıq formalaşdırıldıqdan sonra ictimaiyyətə açıqlanacaq”, - cavabda qeyd edilir.

Xatırladaq ki, abidə ilə bağlı müsabiqə bu ilin fevralında başa çatıb və qaliblər elan olunub. Nəticəyə əsasən, 1-ci yerin qalibi Natiq Əliyev, 2-ci yerin qalibi Xanlar Əhmədov, 3-cü yerin qalibi isə Kamran Əsədov seçilib.


SON XƏBƏRLƏR