• Bakı 28° C

    9.62 m/s

  • USD - 1.7

    EUR - 1.8551

    RUB - 0.0198

Uşaqların Aşura mərasimlərinə aparılmasının onlara heç bir faydası yoxdur – AÇIQLAMA

CƏMİYYƏT

12 Iyul 2024 | 17:09

Uşaqların Aşura mərasimlərinə aparılmasının onlara heç bir faydası yoxdur – AÇIQLAMA

Məlum olduğu kimi, iyulun 16-sı Aşura günüdür.

Qafqaz Müsəlmanları İdarəsindən Bakıvaxtı.az-a verilən məlumata görə, Aşura hicri təqvimin ilk ayı olan mühərrəm ayının 10-cu günüdür.

Bu zaman insanlar Aşura mərasimləri həyata keçirirlər.

Bəs Aşura mərasimlərinə uşaqların aparılması düzgündürmü?

Elşad Miri Ali Məhkəməyə müraciət etdi Yeni Sabah

Elşad Miri, İlahiyyatçı

Bu barədə Bakıvaxtı.az-a açıqlamasında ilahiyyatçı Elşad Miri bildirib ki, bəzən bəzi valideynlər özlərini dindar göstərmək üçün uşaqlarından istifadə edirlər. Onun sözlərinə görə, onlar qızlarının uşaq vaxtından başlarının bağlayır, oğlan uşaqlarını məcburi şəkildə səhər namazına aparır və yaxud Aşura mərasiminə təhrik edirlər.

E.Miri qeyd edib ki, uşaqların Aşura mərasimlərinə getməsinin onlar üçün heç bir faydalı məğzi yoxdur:

“Gedib orada bəzilərinin özlərini zəngirıə vurmalarına, ah-nalə çəkmələrinə, ağlamalarına şahid olaraq əksinə onların travma almaları ilə nəticələnən bir ritual halına gəldiyini görürük”.

Müsahibimiz nəzərə çatdırıb ki, Aşura mərasimlərində Allahdan, Peyğəmbərdən daha çox məsələ konkret olaraq İmam Hüseyn ilə əlaqələndirilir:

“Onlar sadəcə özlərini görüntü xatirinə digərlərinə göstərirlər ki, “Mən uşağımı Aşuraya aparmışam””,-deyə ilahiyyatçı bildirib.

DİN və Dövlət Komitəsindən valideynlərə ÇAĞIRIŞ  -  UŞAQLARI...

Qeyd edək ki, Daxili İşlər Nazirliyi və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi də vətəndaşlara Aşura mərasimləri ilə bağlı müraciət edib.

Bakıvaxtı.az xəbər verir ki, müraciətdə deyilir:

“Əziz həmvətənlər!

“Dini etiqad azadlığı haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən dini mərasimlər yalnız məscid və ziyarətgahların ərazisində keçirilməlidir.

Bütün mərasimlər zamanı, o cümlədən cari ilin iyulun 7-dən başlayan Məhərrəm ayında dini ibadət yerlərində təhlükəsizliyin təmin edilməsi və yollarda nəqliyyatın hərəkətinin tənzimlənməsi üçün müvafiq tədbirlər görülür.

Bəzi hallarda valideynlərin azyaşlı uşaqlarını dini ayinlərin icra olunduğu məkanlara aparması halları müşahidə olunur. Valideynlərdən xahiş edirik ki, kütləvi mərasimlərin keçirildiyi yerlərdə, o cümlədən təziyə məclislərində azyaşlı uşaqların iştirakının onların təhlükəsizliyi və sağlamlığı baxımından məqsədəuyğun olmadığını nəzərə alsınlar, habelə qanunvericiliklə icazə verilməyən hallara yol verilməməsinə diqqətlə yanaşsınlar.

Hər bir şəxsin həyatının, sağlamlığının, hüquqlarının, qanuni mənafelərinin qorunması məqsədi daşıyan bu müraciətə həssas yanaşacağınıza ümid edir, anlayışınıza görə təşəkkür edirik”.

Mina Mikayılova


SON XƏBƏRLƏR

07 Avqust 2024