Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və ailə üzvləri bu gün Xocalı şəhərində Xocalı Soyqırımı Memorialının açılışında iştirak ediblər.
Bakıvaxtı.az-ın məlumatına görə, Prezident İlham Əliyev Memorialın önünə əklil qoyub sonra çıxış edib.
Ardınca Xocalı sakinləri hisslərini bölüşüblər:
Sakin: Xoş gördük Sizi. Mən Xocalıdan Milli Qəhrəman bacısıyam. Sizin atanız Ulu Öndər mənə qardaşımın Milli Qəhrəman vəsiqəsini vermişdi. Əllərindən öpürəm. Sizi də öpürük, bağrımıza basırıq.
Prezident İlham Əliyev: Sağ olun.
Sakin: Xocalılılar adından çox təşəkkür edirik.
Prezident İlham Əliyev: Sağ olun.
Sakin: Çox sağ olun, var olasınız.
Prezident İlham Əliyev: Təşəkkür edirəm. Sağ olun.
Sakin: Sizinlə fəxr edirəm. Sağ olun, var olun. Həmişə arxanızdayıq.
Prezident İlham Əliyev: Sağ olun.
Bakı 




