Almaniyada keçirilən futbol üzrə Avropa çempionatının qrup mərhələsinin III turunun Albaniya - İspaniya görüşü başa çatıb.
Bakıvaxtı.az xəbər verir ki, qarşılaşma "buğalar"ın 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Daha əvvəldən 1/8 finala vəsiqəni təmin edən ispanlar B qrupundakı xallarının sayını 9-a çatdıraraq maksimum nəticə göstəriblər.
Albaniya isə 1 xalla qrupu sonuncu tamamlayıb.
00:04
Almaniyada keçirilən futbol üzrə Avropa çempionatının qrup mərhələsinin III turunun Albaniya - İspaniya görüşündə ikinci yarı start götürüb.
Bakıvaxtı.az xəbər verir ki, birinci hissədən sonra ispanlar 1:0 hesabı ilə öndədirlər.
"Buğalar"ın yeganə qoluna Ferran Torres imza atıb.
23:46
Almaniyada keçirilən futbol üzrə Avropa çempionatının qrup mərhələsinin III turunun Albaniya - İspaniya görüşündə ilk yarı başa çatıb.
Bakıvaxtı.az xəbər verir ki, birinci hissədən sonra ispanlar 1:0 hesabı ilə öndədirlər.
"Buğalar"ın yeganə qoluna Ferran Torres imza atıb.
23:22
Almaniyada keçirilən futbol üzrə Avropa çempionatının qrup mərhələsinin III turunun Albaniya - İspaniya görüşündə hesab açılıb.
Bakıvaxtı.az xəbər verir ki, ispanlar 13-cü dəqiqədə hesabda önə keçiblər.
Qeyd edək ki, Ferran Torres albanların qapısına yol tapıb.
23:00
Almaniyada keçirilən futbol üzrə Avropa çempionatının qrup mərhələsinin III turunun Albaniya - İspaniya görüşü start götürüb.
Bakıvaxtı.az xəbər verir ki, B qrupunun oyunu Düsseldorfdakı "Esprit Arena"da keçirilir.
Qeyd edək ki, qarşılaşmanı isveçli baş hakim Qlenn Nyuberq idarə edir.