• Bakı 25° C

    7.34 m/s

  • USD - 1.7

    EUR - 1.9845

    RUB - 2.0257

AVRO-2026: Azərbaycan millisi Portuqaliyanı məğlub etdi

İDMAN

21 Avqust 2026 | 21:47

AVRO-2026: Azərbaycan millisi Portuqaliyanı məğlub etdi

Bu gün Bakıda qadın voleybolçular arasında Avropa çempionatının C qrupunun qarşılaşmalarına start verilib.

Bakıvaxtı.az xəbər verir ki, Azərbaycan millisi ilk oyununda Portuqaliya yığması ilə qarşılaşıb.

Milli Gimnastika Arenasında keçirilən görüşdə Faiq Qarayevin kollektivi 3:1 hesabı ilə qələbə qazanıb.

Qeyd edək ki, Bakıda keçiriləcək qrup oyunları avqustun 28-dək davam edəcək. AVRO-2026 isə sentyabrın 6-da yekunlaşacaq. Turnir Azərbaycanla yanaşı, Türkiyə, İsveç və Çexiyanın ev sahibliyi ilə təşkil olunur.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR