• Bakı 9° C

    5.52 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

AVRO-2026: Futzal millisinin seçmə mərhələdəki rəqibləri bəlli olacaq

İDMAN

30 May 2024 | 09:30

AVRO-2026: Futzal millisinin seçmə mərhələdəki rəqibləri bəlli olacaq

Bu gün futzal üzrə Azərbaycan millisinin final mərhələsi 2026-cı ildə keçiriləcək Avropa çempionatının seçmə mərhələsindəki rəqibləri bəlli olacaq.

Bakıvaxtı.az xəbər verir ki, püşkatma mərasimi Bakı vaxtı ilə saat 15:15-də start götürəcək.

Tədbirdə yığmanın meneceri Fərrux Hüseyzadə iştirak edəcək.

Azərbaycan millisi III səbətdə yer alacaq. 40 komanda (6 milli – Andorra, Avstriya, Bolqarıstan, Kipr, Malta və İsveçrə ilkin mərhələdən vəsiqə qazanıb) hər birində 4 iştirakçı olmaqla 10 qrupa bölünəcək.

Oyunlar ev-səfər prinsipi ilə keçiriləcək. Qrup qalibləri birbaşa, ən yaxşı göstəriciyə malik 8 qrup ikincisi isə pley-off (ev-səfər) oyunlarında üz-üzə gələcəklər. İki matçın yekununda üstün olan tərəf həlledici mərhələdə oynamaq hüququ əldə edəcək.

Final mərhələsində bu iştirakçılara meydan sahibləri – Latviya və Litva da qoşulacaq və 16 milli AVRO-2026-da çempion olmaq uğrunda mübarizəyə başlayacaq.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

29 Noyabr 2026
28 Noyabr 2026