Qadın həndbolçulardan ibarət “Qarabağ” klubu Avropa Kubokunda bu gün növbəti matçını keçirəcək.
Bakıvaxtı.az xəbər verir ki, təmsilçimiz yarışın III mərhələsində Ukraynanın “Qaliçanka” komandası ilə üz-üzə gələcək.
Qarşılaşma saat 14:00-da start götürəcək.
Qeyd edək ki, komandalar arasında cavab matçı sabah baş tutacaq. Razılaşmaya əsasən hər iki oyun Mingəçevir şəhərindəki “Kür” Olimpiya İdman Tədris Mərkəzinində təşkil olunacaq.
Oyunları rumıniyalı hakimlər Yonut Marian Kazan və Qesur Suliman idarə edəcək. Matçın nümayəndəsi türkiyəli Kənan Sivrikaya olacaq.