"Sabah" FIBA Avropa Kubokunda bu gün növbəti matçını keçirəcək.
Bakıvaxtı.az xəbər verir ki, Rimas Kurtinaytisin rəhbərlik etdiyi kollektiv G qrupunda Belçika təmsilçisi "Spiru" ilə qarşılaşacaq.
Bakı İdman Sarayında baş tutacaq görüşün start fiti saat 19:00-da səsləndiriləcək. Qarşılaşmanı Zdenko Tomaşoviç (Slovakiya), Edis Tolqa (Türkiyə) və Viktor Naqi (Macarıstan) idarə edəcəklər.
Qeyd edək ki, komandalar arasında ilk görüşdə "Sabah" səfərdə 81:82 hesabı ilə məğlub olub. Azərbaycan təmsilçisi həmçinin doğma meydanda "Marussi"yə (Yunanıstan) 70:82, "Norrçepinq Dolfins"ə (İsveç) 70:74 hesabı ilə uduzub.