• Bakı 21° C

    0.93 m/s

  • USD - 1.7

    EUR - 1.8641

    RUB - 0.0176

Avropa Parlamenti Gürcüstana ayrılan maliyyənin dondurulmasını tələb edib

DÜNYA

09 Oktyabr 2024 | 23:46

Avropa Parlamenti Gürcüstana ayrılan maliyyənin dondurulmasını tələb edib

Avropa Parlamentinin (AP) deputatları Gürcüstanın demokratiyadan geri çəkilməsi ilə bağlı qətnamə qəbul edərək Tbilisiyə ayrılan Avropa maliyyəsinin dondurulmasını tələb ediblər.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Rusiya mətbuatı sənədin mətninə istinadən məlumat yayıb.

Qeyd olunur ki, qətnamə lehinə 495 nəfər səs verib, 73 nəfər əleyhinə çıxıb, 86 nəfər isə bitərəf qalıb.

Sənəddə bildirilir ki, 2023-cü ilin dekabrında Gürcüstana Avropa İttifaqına (Aİ) namizəd statusu verilsə də, oktyabrın 26-da keçiriləcək parlament seçkilərində qalib gələcəyi gözlənilən hakim “Gürcü arzusu” Partiyası getdikcə avtoritar gündəmi təşviq edir.

Həmçinin qeyd olunur ki, Gürcüstanın yeni qanunları ölkənin seçki qanunlarına edilən dəyişikliklər və artan anti-Avropa ritorikası ilə birlikdə söz azadlığını pozur, mediaya senzura tətbiq edir, vətəndaş cəmiyyəti və QHT sektorunda tənqidi səslərə məhdudiyyətlər qoyur və həssas insan qruplarına qarşı ayrı-seçkilik yaradır.

AP hesab edir ki, belə qanunlar ləğv edilməsə, Gürcüstanın Aİ ilə münasibətlərində irəliləyiş mümkün olmayacaq.

Məlumata görə, bu tendensiyalarla əlaqədar AP deputatları qeyri-demokratik qanunlar ləğv edilənə qədər Aİ-nin Gürcüstan hökumətinə ayırdığı bütün maliyyə vəsaitlərinin dondurulmasını tələb edirlər.


SON XƏBƏRLƏR

09 Oktyabr 2024