• Bakı 15° C

    13.11 m/s

  • USD - 1.7

    EUR - 1.8451

    RUB - 0.0174

Avropa Parlamentindən Zelenskinin "qələbə planı”na münasibət

DÜNYA

18 Oktyabr 2024 | 09:50

Avropa Parlamentindən Zelenskinin qələbə planı”na münasibət

"Ukrayna prezidenti Vladimir Zelenskinin hazırladığı "qələbə planı"nın əsas məqsədi Avropa İttifaqını Rusiya ilə birbaşa münaqişəyə sürükləməkdir".

Bakıvaxtı.az "Reuters"ə istinadən xəbər verir ki, bunu Fransanın Milli Ralli partiyasından olan Avropa Parlamentinin deputatı Tyeri Mariani deyib.

Parlamentari Ukrayna liderinin hazırladığı sənədi reallıqdan qopmuş fantastik roman adlandırıb:

"Zelenski başa düşür ki, müvafiq təşəbbüsləri həyata keçirə bilməyəcək. Bu münaqişənin əvvəlindən Zelenskinin yeganə planı Avropanı müharibəyə cəlb etməkdir. "Qqələbə planı" əslində Aİ və NATO-nun Rusiya ilə silahlı qarşıdurmada iştirakı üçün kamuflyaj rolunu oynayır. Bu sənəd zəruridir, çünki Kiyev tək Moskvanı məğlub etmək iqtidarında deyil".

Gülşən Şərif


SON XƏBƏRLƏR

17 Oktyabr 2024