Ötən ilin sonunda Avropa dövlət və hökumət başçıları Ukraynaya 2026 və 2027-ci illər üçün 90 milyard avro məbləğində kredit verilməsi barədə ortaq qərara gəliblər.
Bakıvaxtı.az "LeMonde.fr"ə istinadən xəbər verir ki, fevralın 4-də isə 27 üzv dövlətin səfirləri bir neçə həftəlik gərgin müzakirələrdən sonra bu vədin həyata keçirilməsi barədə razılaşıblar.
Əvvəlcə bir çox Avropa dövləti Ukrayna müharibəsini maliyyələşdirmək üçün qitədə saxlanılan Rusiya aktivlərindən istifadə etmək istəyirdi. Lakin Belçika bundan imtina etdi və bu da Avropa liderlərini alternativ həll yolu tapmaq məcburiyyətində qaldı. Avropa İttifaqı (Aİ) büdcəsi tərəfindən zəmanət verilən, lakin faiz ödənişlərinin yalnız iştirakçı dövlətlər tərəfindən edilməsi nəzərdə tutulan təxminən 90 milyard avroluq istiqraz buraxılışına başlamağı planladılar. Macarıstan, Slovakiya və Çexiya faiz ödəməli olmayacaqlarına dair zəmanət aldıqdan sonra bu təşəbbüsü dəstəklədilər.
Bir sözlə, Ukrayna 2027-ci ilə qədər büdcə ehtiyacları üçün 30 milyard avro, müdafiə sənayesinə investisiya qoymaq və ya Avropa İttifaqı və əlaqəli ölkələrdəki şirkətlərdən hərbi texnika almaq üçün isə 60 milyard avro istifadə edə biləcək.
Aydın Baxış
Bakı 




