• Bakı 9° C

    6.07 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

Avropada 5 milyona yaxın ukraynalı qaçqın kimi qeydiyyata alınıb - BMT

DÜNYA

09 Iyun 2022 | 21:02

Avropada 5 milyona yaxın ukraynalı qaçqın kimi qeydiyyata alınıb - BMT

Müharibə başlayandan bəri Avropada 5 milyona yaxın ukraynalı qaçqın kimi qeydiyyata alınıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının (BMT QAK) hesabatında bildirilib.

BMT QAK-ın məlumatına görə, fevralın 24-dən bəri ümumilikdə 4 816 923 ukraynalı Avropanın 44 ölkəsində qaçqın kimi qeydiyyata alınıb.

Bildirilib ki, iyunun 7-nə kimi Ukraynadan 7,3 milyondan çox insanın sərhəd keçidi qeydə alınıb və onlardan 2,3 milyon nəfəri ölkəsinə qayıdıb.

18-60 yaş arası ukraynalı kişilərin hərbi xidmətə yararlı olması və xaricə gedə bilməməsi səbəbindən xarici ölkələrə gedənlərin 90%-ni qadınlar və uşaqlar təşkil edir.

BMT QAK bildirib ki, Ukraynadakı müharibə "dünyanın ən böyük məcburi köçkün böhranlarından biri"nə səbəb olub.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

29 Noyabr 2026
28 Noyabr 2026