• Bakı 13° C

    8.42 m/s

Avropanın ən böyük qaz yatağında hasilat dayandırıldı

İQTİSADİYYAT

01 Oktyabr 2023 | 21:17

Avropanın ən böyük qaz yatağında hasilat dayandırıldı

Niderlandın Qroningen şəhərində Avropanın ən böyük yatağında qaz hasilatı dayandırılıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə ANP agentliyi məlumat yayıb.

Bildirilib ki, Niderland hakimiyyəti hələ iyun ayında oktyabrın 1-dən etibarən Qroningendə qaz hasilatını tamamilə dayandırmaq barədə qərar vermişdi.

Eyni zamanda, fövqəladə hallarda, məsələn, soyuq qışla əlaqədar olaraq yatağın istismarını bərpa etmək mümkündür.

Qeyd edək ki, Qroningen yatağı 1959-cu ildə kəşf edilib.


SON XƏBƏRLƏR

30 Noyabr 2023