• Bakı 20° C

    5.19 m/s

  • USD - 1.7

    EUR - 1.8205

    RUB - 0.0184

"Avroviziya 2023"də  təmsilçilərimiz 12-ci nömrə altında çıxış edəcək

CƏMİYYƏT

23 Mart 2023 | 09:42

Avroviziya 2023də  təmsilçilərimiz 12-ci nömrə altında çıxış edəcək

"Avroviziya 2023"də Azərbaycan təmsilçiləri 12-ci nömrə altında çıxış edəcək.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə  İctimai Televiziyadan məlumat verilib.

Qeyd olunub ki, yarımfinal mərhələsi iki hissədən ibarət olacaq. Azərbaycan birinci hissədə 12 nömrə altında səhnəyə çıxacaq.

Azərbaycanla yanaşı birinci yarımfinalda Xorvatiya, İrlandiya, Latviya, Malta, Norveç, Portuqaliya, Serbiya, Çexiya, Finlandiya, İsrail, Moldova, Niderland, İsveç, İsveçrə də çıxış edəcək.

Xatırladaq ki, ölkəmizi bu il müsabiqədə TuralTuranX dueti "Tell me more" mahnısı ilə təmsil edəcək.

Müsabiqə 9-13 may tarixlərində Böyük Britaniyanın Liverpul şəhərində keçiriləcək.


SON XƏBƏRLƏR

25 Aprel 2024