• Bakı 15° C

    8.33 m/s

  • USD - 1.7

    EUR - 1.8082

    RUB - 0.0181

“Avroviziya”nın qalibi olacağıma inanıram - Nadir

MƏDƏNİYYƏT-ŞOU

14 May 2022 | 21:48

“Avroviziya”nın qalibi olacağıma inanıram - Nadir

Avroviziya-2022 mahnı müsabiqəsində Azərbaycanla yanaşı, bütün türk dünyasını təmsil edirəm. Müxtəlif ölkələrdə yaşayan soydaşlarımızdan, eləcə də dünya türklərindən dəstək gözləyirəm.

Bakıvaxtı.az xəbər verir ki, bu sözləri dünyanın ən böyük canlı musiqi tədbiri olan “Avroviziya” mahnı müsabiqəsində Azərbaycanı təmsil edən Nadir Rüstəmli deyib.

“Avroviziya” mahnı müsabiqəsinin qalibi olacağıma inanıram. Arzu edirəm ki, “Avroviziya” gələn il bütün türk dünyasının mədəniyyət paytaxtı olan Şuşada keçirilsin”, - deyə Azərbaycan təmsilçisi vurğulayıb.

Qeyd edək ki, bu gün 66-cı “Avroviziya” mahnı müsabiqəsinin finalı keçiriləcək (Bakı vaxtı ilə 23:00-da). Turin şəhərinin ev sahibliyi etdiyi və İtaliyanın ən böyük qapalı arenalarından olan “PalaOlimpico”da baş tutacaq böyük finalda 25 ölkənin təmsilçiləri öz performanslarını nümayiş etdirəcəklər. Azərbaycan təmsilçisi Nadir Rüstəmli “Fade To Black” mahnısı ilə 15-ci nömrə altında çıxış edəcək.(kult.az)


SON XƏBƏRLƏR

19 Aprel 2024