• Bakı 16° C

    10.99 m/s

  • USD - 1.7

    EUR - 1.8224

    RUB - 0.0183

Avstraliya vətəndaşlarını İsraili tərk etməyə çağırıb

DÜNYA

19 Aprel 2024 | 18:16

Avstraliya vətəndaşlarını İsraili tərk etməyə çağırıb

Avstraliya hökuməti terror hücumları təhlükəsini əsas gətirərək, öz vətəndaşlarını imkan daxilində İsraili tərk etməyə çağırıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Avstraliyanın Xarici İşlər Nazirliyinin yaydığı bəyanatda vurğulanıb.

Qeyd olunub ki, İranın İsrailə pilotsuz uçan aparatlarla, raketlərlə hücumundan və bunun ardınca İsrailin İsfahandakı hərbi bazanı hədəfə götürməsindən sonra mülki insanların həyatına olan təhlükənin səviyyəsi artıb.

“Hərbi hücumlar hava məkanının bağlanmasına, uçuşların ləğv edilməsinə, təxribatlara səbəb ola bilər”, - deyə Avstraliya XİN-in məlumatında qeyd olunub.


SON XƏBƏRLƏR

02 May 2024