• Bakı 19° C

    10.12 m/s

  • USD - 1.7

    EUR - 1.8114

    RUB - 0.0183

Avstraliyadan İsrail və Fələstindəki vətəndaşlarına XƏBƏRDARLIQ

DÜNYA

19 Aprel 2024 | 12:15

Avstraliyadan İsrail və Fələstindəki vətəndaşlarına XƏBƏRDARLIQ

 Avstraliya İsrail və Fələstindəki bütün vətəndaşlarına sözügedən əraziləri tərk etmələri barədə xəbərdarlıq edib. 

Bakıvaxtı.az "ABC News"-a istinadən bildirir ki, bu barədə Avstraliya Xarici İşlər Nazirliyi bəyanat yayıb.

Bəyanatda İsrailə qarşı terror hücumları və hərbi qisas təhlükəsinin olduğu vurğulanıb. Həmçinin Təl-Əvivdəki "Ben Gurion" Beynəlxalq Hava Limanında təhlükəsizlik səbəbiylə fəaliyyətin dayandırıla biləcəyi qeyd olunub.

Avstraliya Xarici İşlər Nazirliyi öz vətəndaşlarını İsrailə səfər etməməyə də çağırıb.

Gülşən Şərif


SON XƏBƏRLƏR