Türkiyənin Kayseri şəhərində sərnişin avtobusu qəzaya uğrayıb.
Bakıvaxtı.az xəbər verir ki, hadisə nəticəsində 25 nəfər yaralanıb.
Onlardan 3-nün durumu ağırdır.
Məlumata görə, yağışlı havada sürücü idarəetməni itirib və nəticədə qəza baş verib.
Hadisə yerinə polis və təcili tibbi yardım briqadaları cəlb olunub.



















