• Bakı 21° C

    4.11 m/s

  • USD - 1.7

    EUR - 1.8227

    RUB - 0.0185

Avtobus qəzaya düşdü -  Xeyli sayda yaralı var

DÜNYA

29 May 2023 | 11:40

Avtobus qəzaya düşdü -  Xeyli sayda yaralı var

Ötən gün Türkiyədə keçirilən prezident seçkilərinin ikinci turunda İstanbuldan Orduya səs vermək üçün gedən vətəndaşların da olduğu avtobus Kocaeli-Sakarya yolunda  qəzaya düşüb.

Bakıvaxtı.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, avtobus arxadan TIR-a çırpılıb. Sərnişinlərin çoxunun yuxuda olduğu qəzada biri ağır olmaqla 22 nəfər yaralanıb.

Məlumata görə, qəza saat 05:00 radələrində baş verib. Hadisə yerinə çoxlu sayda təcili yardım, xilasetmə və polis əməkdaşları göndərilib.

Yaralılar xəstəxanaya çatdırılıb və onlara ilkin tibbi yardım göstərilib. Sürücünün vəziyyətinin ağır olduğu, sərnişinlərin yüngül xəsarət aldığı bildirilir.


SON XƏBƏRLƏR