• Bakı C

    2.44 m/s

  • USD - 1.7

    EUR - 1.7724

    RUB - 1.6318

Avtobusda bıçaqlanan qadını oturacağın altından dartıb xilas etdilər - Azərbaycanda ŞOK CİNAYƏT

HADİSƏ

14 Sentyabr 2024 | 11:31

Avtobusda bıçaqlanan qadını oturacağın altından dartıb xilas etdilər - Azərbaycanda ŞOK CİNAYƏT

Avtobusda həyat yoldaşını bıçaqlayan Gədəbəy sakini, 1997-ci il təvəllüdlü Ceyhun Cavadov cinayət məsuliyyətinə cəlb edilib.

Bakıvaxtı.az xəbər verir ki, cinayət hadisəsi Gəncə şəhər Nizami prospektində yerləşən “Təzə Şəmkir” avtovağzalında qeydə alınıb.  

Qeyd edək ki, Gəncə şəhər Məhkəməsində keçirilən prosesdə 27 yaşlı Ceyhun Cinayət Məcəlləsinin 221.3-cü (Xuliqanlıq-silah və ya silah qismində əşya tətbiq etməklə) maddəsi ilə təqsirli bilinib.

Məlum olub ki, Ceyhunla həyat yoldaşı Samirə (şərti adl) arasında ailədaxili münaqişə olub və qadın onun tərk edərək atası evinə gedib. Hadisə baş verən gün Ceyhun arvadının tanımadığı maşından düşərək avtobusa mindiyini görüb. O da avtobusa minərək, arxa oturacaqda oturmu. arvadına yaxınlaşıb və bıçaqla başına zərbələr endirib.

Zərərçəkmiş qadın hadisə ilə bağlı ifadəsində deyib:

“Ceyhunla 2018-ci ildə ailə həyatı qurmuşam, 2022-ci ildən aramızda yaranmış münaqişəyə görə ayrı yaşayırıq. Birgə nikahdan olan 2 övladımı Ceyhun mənə vermədi və mənə səsli mesajlar göndərərək öldürməklə hədələyirdi. Mən uşaqları almaq üçün Gədəbəy rayon Məhkəməsinə müraciət etdim. Məhkəmədən məni prosesə dəvət etdilər. Gəncə şəhər avtovağzalına getmək üçün yol kənarında dayanmış, dövlət qeydiyyat nişanını və markasını xatırlamadığım taksi ilə “Təzə Şəmkir” avtovağzalına getdim və avtovağzalda Gədəbəyə gedən avtobusa mindim. Təxminən 10-15 dəqiqə sonra Ceyhun mənim olduğum mikroavtobusa minərək, baş və boyun nahiyəmə bıçaqla xəsarət yetirdi, bıçaq əlindən düşdükdən sonra isə əl-ayaq zərbələri vurdu. Daha sonra mikroavtobusda tanımadığmı şəxslər arxa qapını açıb məni oturacaqların altından dartıb çıxardılar. Təxminən 20-25 dəqiqədən sonra təcili tibbi yardım gəldi. Ceyhun mənə xəsarət yetirən zaman ünvanıma nəlayiq ifadələrdə işlədirdi, ətrafa çoxlu insanlar yığılmışdı”.

Kərim Abbaszadə


SON XƏBƏRLƏR