• Bakı 9° C

    5.12 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

Avtobusda sürücünün telefonunu götürüb qaçan sərnişin saxlanıldı

CƏMİYYƏT

28 Dekabr 2025 | 13:16 | Müəllif: Zeynəb Rzayeva

Avtobusda sürücünün telefonunu götürüb qaçan sərnişin saxlanıldı

Paytaxtın Nəsimi rayonunda soyğunçuluq hadisəsi baş verib.

Bakıvaxtı.az xəbər verir ki, günorta saatlarında naməlum şəxs sərnişin qismində 54 saylı xətt üzrə hərəkət edən avtobusa daxil olaraq sürücünün mobil telefonunu talayıb. 

DİN-dən Bakıvaxtı.az-a verilən məlumata görə, Polis əməkdaşları tərəfindən keçirilən tədbirlə əməli törətməkdə şübhəli bilinən 31 yaşlı S.Quluzadə müəyyən olunaraq saxlanılıb. Araşdırmalarla həmin şəxsin avtobusa sərnişin qismində daxil olduğu və anidən yanında dayandığı sürücünün mobil telefonunu götürərək qaçdığı məlum olub. 

Faktla bağlı araşdırmalar davam etdirilir.

Zeynəb Rzayeva


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

29 Noyabr 2026
28 Noyabr 2026