• Bakı 24° C

    5.46 m/s

  • USD - 1.7

    EUR - 1.9067

    RUB - 2.0148

Avtobuslarda kondisionerlər niyə işləmir? - AÇIQLAMA

CƏMİYYƏT

22 May 2021 | 12:52

Avtobuslarda kondisionerlər niyə işləmir? - AÇIQLAMA

Bu il may ayının əvvəlki illərdən daha isti keçməsi, üstəlik, ictimai nəqliyyatda tibbi maska taxmaq məcburiyyəti səbəbindən kondisionerlərə daha çox ehtiyac yaranır.

İctimai nəqliyyatda sərinlədici sistemlərin nə vaxt işə salınacağına gəldikdə, Bakı Nəqliyyat Agentliyinin mətbuat xidmətinin rəhbəri Mais Ağayev Bakıvaxtı.az-a bildirib ki, yüksək temperatur davamlı olaraq qeydə alınarsa, kondisioner sistemlərinin işə salınmasına qərar veriləcək.

Onun sözlərinə görə, hələlik mütəmadi isti havalar müşahidə olunmur:

“İctimai nəqliyyatda kondisionerin istifadəsinə dair qəbul edilən normalar var. Havanın temperaturu davamlı olaraq yüksək olarsa, daşıyıcılara kondisionerlərin işə salınması ilə bağlı tapşırıqlar veriləcək”.(trend)


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

15 Oktyabr 2026