• Bakı 20° C

    17.65 m/s

  • USD - 1.7

    EUR - 1.9324

    RUB - 2.1932

Avtobuslardan istifadə edənlərə ŞAD XƏBƏR - Tarix AÇIQLANDI

CƏMİYYƏT

01 Iyun 2025 | 09:40

Avtobuslardan istifadə edənlərə ŞAD XƏBƏR - Tarix AÇIQLANDI

Bakıda havaların isti keçməsinə baxmayaraq, paytaxtın marşrut avtobuslarında hələ də kondisionerlər işləmir.

Şəhər sakinləri günün isti saatlarında ictimai nəqliyyatda istidən əziyyət çəkdiklərini bildirirlər.

Qeyd edək ki, Bakıda temperatur bəzən 30 dərəcəyə çatır.

Bakıvaxtı.az-ın məlumatına görə, məsələ ilə bağlı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən bildirilib ki, 15 may 2025-ci ildən etibarən müvəqqəti istismarda olan marşrut xətlərində kondisionerlərin işlək vəziyyətdə saxlanılması daşıyıcı şirkətlərin diqqətinə çatdırılıb.

Daşıyıcı şirkətlərlərdən verilən məlumata görə, avtobuslarda kondisionerlərin istifadəsinə iyunun 2-dən etibarən başlanacaq./modern.az


SON XƏBƏRLƏR