• Bakı C

    9.67 m/s

  • USD - 1.7

    EUR - 1.9741

    RUB - 2.1629

Avtobusu dayanacaqda saxlamır, nağd pul tələb edir... - 114A-da özbaşınalıq - FOTO

CƏMİYYƏT

07 Mart 2026 | 11:08

Avtobusu dayanacaqda saxlamır, nağd pul tələb edir... - 114A-da özbaşınalıq - FOTO

Bakı şəhərində "20 Yanvar" metrostansiyasından "Avropa" kafesi istiqamətinə fəaliyyət göstərən 114A nömrəli marşrut xəttinə aid avtobus sürücüsünün davranışı sərnişinlərin narazılığına səbəb olub.

Bakıvaxtı.az-ın məlumatına görə, belə ki, dövlət qeydiyyat nişanı 10 TH 244 olan avtobusun sürücüsünün marşrut üzrə müəyyən edilmiş dayanacaqlarda saxlamadığı və sərnişinlərdən ödənişi israrla nağd şəkildə tələb etdiyi bildirilir.

Sərnişinlərin sözlərinə görə, avtobus sürücüsü bəzən rəsmi dayanacaqları nəzərə almadan nəqliyyat vasitəsini yalnız öz istədiyi yerlərdə saxlayır. Bu isə xüsusilə yaşlı insanlar, tələbələr və gündəlik olaraq ictimai nəqliyyatdan istifadə edən digər sərnişinlər üçün çətinlik yaradır.

Bundan əlavə, sərnişinlər iddia edirlər ki, sürücü gediş haqqının nağdsız ödəniş imkanına baxmayaraq, sərnişinlərdən ödənişi məhz nağd şəkildə verməyi tələb edir.

Onların sözlərinə görə, bu hal avtobusda narahatlıq və mübahisələrə səbəb olur.

Məsələ ilə bağlı daşıyıcının və rəsmi qurumların mövqeyini işıqlandırmağa hazırıq.

Murad Tapdıq


SON XƏBƏRLƏR

06 Mart 2026